Sionist medialar: Həmas-İsrail razılaşması Ramazan ayına qədər qətiləşəcək

Sionist medialar: Həmas-İsrail razılaşması Ramazan ayına qədər qətiləşəcək

Haarets qəzeti Həmas və İsrail arasında girov mübadiləsi məsələsinin Ramazan ayına qədər qətiləşəcəyindən yazıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Həmas-İsrail girov mübadiləsi müzakirələrində adlarının çəkilməsini istəməyən bir neçə diplomat Haaretsə 6 həftə ərzində qəti nəticələrdən xəbər veriblər.

Məlumata görə müzakirələrdə əldə olunan razılaşmanın icrası üçün ən yaxşı zaman mübarək Ramazan ayıdır.

Əl Cəzirə telekanalının elanına əsasən, İsrail razılaşmaya qədər imkan daxilində Xan Yunusdakı hərbi əməliyyatlarına fokuslanmağa və yaxud Rəfəhə qədər irəliləməyə üstünlük verir.

Haarets yazır: Hələ 2 tərəf arasında müzakirələrdə atəşkəs məsələsi üçün zaman nəzərdə tutulmayıb. Çünki İsrail hələ girovların azadlıq məsələsinə görə Həmasa təzyiq göstərmək istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + fourteen =