Sionist medialar: Hizbullahla müharibə olarsa, iş çətinləşəcək

İbridilli media qaynaqları sionist rejimin Livan Hizbullahı ilə müharibəyə başlayacağı təqdirdə vəziyyətin daha da çətinləşəcəyini proqnoz edirlər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, əksər sionist mediaları dünən (24 dekabr) İsrail-Livan münasibətləri barədə analitik yazılarda indiyə qədər Hizbullahdan ağır zərbələr aldıqlarını, faktiki olaraq müharibə başladığı təqdirdə Tel Əvivin vəziyyətinin həddən artıq çətin olacağını deyirlər.
Məlumata görə sionist rejimin 12-ci telekanalı bu barədə deyib: Bizə ağır zərbələr endirmək üçün Hizbullahın potensialı güclüdür. Belə ki, əvəzedilməz zərbələr bizi sarsılda bilər. Amma bununla belə, Livanın cənubunda baş verən olaylar birbaşa cənuba da təsir göstərir.