Sionist mediası: İran və Hizbullahın reaksiyaı qaçılmazdır

Sionist mediası: İran və Hizbullahın reaksiyaı qaçılmazdır

 Dörd yüksək rütbəli Amerika və İsrail rəsmisi İran və Hizbullahın sionist rejimə qarşı intiqam hücumunun qaçılmaz olduğu və tezliklə həyata keçiriləcəyini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə Walla News dünən axşamkı (4 avqust) yazısında ekspertlərin İsrailə qarşı növbəti hücumun daha geniş və Hizbullahın iştirakı ilə olacağından xəbər verib.

Walla News həmçinin bildirib ki, Amerika hökuməti əvvəlki kimi İsraili müdafiə etmək üçün bir neçə ölkə toplaya bilməyəcəyindən narahatdır. Xüsusilə də İsmail Həniyyənin Tehranda qətlindən sonrakı şəraitdə bunun mümkün olmadığı da deyilir.

Hesabatının başqa bir hissəsində deyilir:  İsrailə hücum eyni anda bir neçə cəbhədən həyata keçirilərsə, İsrail və ABŞ bu hücumlara qarşılıq verə bilməyəcək və təbii ki, ölüm və yaralanmalar da qaçılmazdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 18 =