Sionist mediası: Netanyahu olduğu zamana qədər müharibə davam edəcək
Zeiman qəzeti İsraildə hakimiyyət başında Netanyahunun olduğu müddət ərzində müharibənin davam edəcəyindən, bunun sübutu üçün onun son günlərdəki bəyanatlarını dinləmənin kifayət olduğunu vurğulayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, İsrailin Zeiman xəbər saytı bu gün (20 oktyabr) dərc etdiyi qeyddə Netanyahunun müharibənin davam etdirilməsinin zəruriliyi ilə bağlı bəzi bəyanatlarını əks etdirdikdən sonra yazıb: Bu, eynilə yalnış, saxta və qeyri-müəyyən fikirdir.
Zeiman daha sonra bir sualla məsələyə aydınlıq gətirərək deyir: Müharibənin dayandırılması vaxtının gəldiyinə kim qərar verir? Müharibənin davam etdirilməsində və münaqişənin uzadılmasında özünün çox şəffaf maraqları olan Netanyahunun mühakimə vaxtından yayınması varmı?
Əlbəttə Qəzza zolağında atəşkəsə gətirib çıxara biləcək tədbirləri dəfələrlə pozan və dayandıran eynilə Netanyahunun özüdür. O, iddia edir ki, qaçırılanlar Qəzzada olduqları müddətdə biz müharibəni davam etdirəcəyik və onlardan üz döndərməyəcəyik.