Sionist mediası: Partladılan gəminin sahibi Mossadın rəhbərinə yaxın bir şəxsdir

Sionist mediası: Partladılan gəminin sahibi Mossadın rəhbərinə yaxın bir şəxsdir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin “Kan” telekanalı, cümə günü Oman sularında hədəfə alınan gəminin İsrail Kəşfiyyat Xidmətinin (Mossad) rəhbəri Yossi Kohenə yaxın bir şəxsə aid olduğunu bildirib.

Məlumata görə, gəmi Rami Unger adlı şəxsin sahibi olduğu bir İngilis şirkətinə məxsusdur. Partlayış insan itkisinə səbəb olmayıb.

Bu telekanal, gəmidə iki böyük çatın yarandığını və hücumun raket və ya mina ilə həyata keçirildiyinin hələ dəqiq olmadığını bildirib.

Adı çəlkilən telekanal, hadisənin arxasında böyük ehtimalla İranın dayandığını iddia etmişdir. “Kan” telekanalı, qeyd olunan şirkətin Baham adaları bayrağı altında avtomobil idxalı sahəsində fəaliyyət göstərdiyini də qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 2 =