Sionist mühacirlər “Bayraq yürüşü” ilə eyni vaxtda Əl-Əqsa məscidinə hücum ediblər – Video

Sionist mühacirlər “Bayraq yürüşü” ilə eyni vaxtda Əl-Əqsa məscidinə hücum ediblər – Video

Bu səhər (cümə axşamı) sionist bayraq yürüşünün başlaması ilə eyni vaxtda işğalçı qüvvələrin dəstəyi ilə yüzlərlə mühacir Əl-Əqsa məscidinin həyətlərinə hücum ediblər.

Sionist rejimin “Bayrağı” adlı mübahisəli mitinqin keçirildiyi bir vaxtda, bu səhər (18 may cümə axşamı) 400-ə yaxın sionist mühacir İşğalçı qüvvələrin dəstəyi ilə Əl-Əqsa məscidinə hücum ediblər.

Fələstin KİV-lərinin məlumatına görə, onlarla nəfərdən ibarət qruplar halında çoxlu sayda sionist mühacirlər bu gün səhər saatlarından etibarən Məscidül-Əqsanın həyətlərinə qeyri-qanuni şəkildə daxil olmuş və Təlmud mərasimləri yerinə yetirərkən təxribatçı bir şəkildə məscidin ətrafında gəzişiblər.

İşğalçıların Məscidül-Əqsaya hücumu sionist rejimin məscidə zaman və məkan bölgüsü planlarını tətbiq etmək səyləri çərçivəsində və bayraq yürüşü ilə eyni vaxtda baş verir.

İşğalçı qüvvələr bu gün səhər saatlarından etibarən müsəlmanları Məscidül-Əqsadan çıxarmaq üçün bütün səylərini sərf ediblər və sionistlərin Babus-Silsilə yaxınlığında zorakılıqları barədə çoxlu şəkillər dərc olunub.

Buna baxmayaraq, ibadət edənlər Quran oxumağa başlayıbar.

Bu gün sionist mühacirlərin Məscidül-Əqsaya hücumu ilə eyni vaxtda bu rejimin bəzi siyasi məmurları, o cümlədən Likud partiyasından bəzi Knesset nümayəndələri də qeyri-qanuni olaraq bu müqəddəs müsəlman məkanının həyətlərinə daxil olublar.

Bu gün İbrani təqvimi ilə Ayar ayının 28-ci günüdür. Sionist rejimin hər il Babəl-Əmud və Qüdsün köhnə məhəllələrindən keçərək Məscidül-Əqsanın həyətlərinə doğru böyük bir yürüş təşkil etdiyi və daha sonra “Bayraqların rəqsi” adlı proqramın icra olunduğu gündə sionist mühacirlər bu təxribatçı hərəkətlə fələstinlilərin Məscidul-Əqsadan çıxarılmasını tələb edirlər.

Fələstin Şahab internet saytının məlumatına görə, “Bidino məbədi” kimi tanınan sionist təşkilat Netanyahunun kabinetindəki ifrat nazirlərin davamlı təhrikindən istifadə edərək, 5000 nəfəri Məscidül-Əqsaya hörmətsizlik etmək üçün səfərbər etməyə çalışır.

Sionist rejim dünən axşam saatlarından etibarən bayraq yürüşünün iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə Qüds şəhərini hərbi kazarmaya çevirib və 3000-dən çox qüvvəsini şəhərin müxtəlif bölgələrində yerləşdirib.

İndi Fələstin müqavimət qruplarının davamlı xəbərdarlıqlarına baxmayaraq, sionist rejimin mövcudluğunun elan edilməsindən bu günə qədər ən ifrat və irqçi kabinetə rəhbərlik edən Benyamin Netanyahu, əvvəlki illərdə olduğu kimi heç bir dəyişiklik olmadan müəyyən olunmuş vaxtda mübahisəli bayraq yürüşünün keçirilməsində israrlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 3 =