Sionist mühacirlər Fələstin kəndlərinə silahlı hücum edib
Yüzlərlə israilli mühacir İordan çayının qərb sahilindəki bəzi kəndlərə hücum edərək, fələstinlilərin evlərini və mülklərini yandırıb.
Fələstin mənbələri bu gün (şənbə) günortadan sonra bildiriblər ki, yüzlərlə mühacir Tel-Əvivin onlara verdiyi silahlarla İordan çayının qərb sahilindəki bir neçə fələstinli kəndinə hücum edib.
KİV-in məlumatına görə, bu hücumlar cümə gecəsi başlayıb və ötən gecə mühacirlər Ramullahın şərqində (İordan çayının qərb sahilinin mərkəzi) “Əl-Məğir” kəndinə hücum ediblər.
Bu hücumdan sonra bir fələstinli gənc şəhid olub, onlarla gənc yaralanıb, mühacirlər 40 ev və onlarla avtomobili yandırıblar.
İsrailli mühacirlər bu gün Ramallah və Nablus ətrafındakı Fələstin kəndlərinə hücumların yeni dalğasına başlayıb və bu kəndlərin girişlərini bağlayıblar.
Fələstin mənbələri bu gün Ramullahın şərqindəki Əl-Məğir, Tərimsəya və Deyr Dəbvan kəndlərinin hücuma məruz qaldığını bildirib.
“Əl Ərəbiyyəl-Cədid” qəzeti ən azı 1000 mühacirin sözügedən kəndlərə hücum etdiyini, fələstinlilərin evlərini və avtomobillərini yandırdığını bildirib.