Sionist mühacirlərin Əl-Əqsa məscidinə hücumu

Sionist mühacirlərin Əl-Əqsa məscidinə hücumu

Bazar günü yəhudilərin yeni ilinin başlanması ərəfəsində sionist mühacirlər işğalçı qüvvələrin dəstəyi ilə Məscidül-Əqsaya hücum ediblər.

Fələstin mediasının verdiyi məlumata görə, bu, son bir neçə gündə bu işə geniş çağırışlardan sonra sionistlərin Əl-Əqsa məscidinin həyətlərinə ilk hücumu olub.

Qüdsün işğalından bu yana açarları işğalçı rejimin əlində olan Bab əl-Məğrəbədən başlayan mühacirlərin səhər hücumu Məscidül-Əqsanın müxtəlif həyətlərində xüsusi yəhudi rəqsləri və mərasimləri nümayiş etdirilməsilə başlayıb.

Mühacirlər gəlməzdən əvvəl sionist rejim əsgərləri təhlükəsizliklərini təmin etmək üçün Məscidül-Əqsanın müxtəlif yerlərində, xüsusən də məscidin şərq hissəsində yerləşən Babər-Rəhmə məscidinin yaxınlığında yerləşdiriliblər.

Əl-Qüdsul İslam Vəqfinin statistikasına əsasən, bazar günü 7 qrupdan inbarət 212 mühacir Məscidül-Əqsaya hücum edərək təxribat xarakterli hərəkətlər ediblər.

Məscidül-Əqsa ətrafında yəhudi ilinin başlanğıcı üçün xüsusi rəqslərin başlaması ilə eyni vaxtda sionist hərbçilər ibadət edənlərin içəri daxil olmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini artırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 11 =