Sionist mühacirlərin Əl-Əqsa məscidinə hücumu
Sionist mühacirlər bu gün səhər sionist hərbçilərin himayəsi və dəstəyi altında yəhudi bayramları bəhanəsi ilə Məscidül-Əqsaya hücum ediblər.
Fələstin İnformasiya Mərkəzinə istinadən verilən məlumata görə, sionist mühacirlər sionist hərbçilərin himayəsi altında yəhudi bayramları bəhanəsi ilə Məscidül-Əqsaya hücum ediblər.
İşğal olunmuş Qüds şəhərinin Vəqf İdarəsi buna əsaslanaraq, onlarla sionist mühacirin bir neçə qrup halında Məscidül-Əqsaya hücum edərək irqçi ayinlər yerinə yetirdiyini açıqlayıb.
Şahidlər də təsdiqləyiblər ki, sionist hərbçilər mühacirlərin hücumu ilə eyni vaxtda Məscidül-Əqsa üzərində pilotsuz uçuş aparatı ilə nəzarət həyata keçiriblər.
Eyni zamanda, İsrail əsgərləri Əl-Əqsa məscidində etikafda olan bir qrup fələstinli qadına hücum edib.
Həmçinin, sionist əsgərlər Əl-Əqsa məscidi ərazisində bir fələstinli gənci həbs ediblər.
Qeyd edək ki, dünən səhər saatlarından etibarən yəhudi bayramlarının başlaması ilə eyni vaxtda sionist mühacirlər tərəfindən Məscidül-Əqsaya hücumlar güclənib və işğal altındakı Qüdsdə sərt hərbi tədbirlər həyata keçirilib.