Sionist mühacirlərin fələstinlilərə qarşı terror əməliyyatları planı ifşa olundu
Sionist “Kan” kanalı elan edib ki, iki tanınmış Haridi ravvininin nəvəsi fələstinlilərə qarşı terror əməliyyatları həyata keçirmək məqsədilə sionist mühacirləri silahlandırır və onlar üçün partlayıcılar hazırlayır.
Bu xəbərə görə, müxtəsər şəkildə “A” deyə təqdim edilən və həbs olunmuş şəxs Ramullahın qərbində yerləşən “Mudiin Ayit” qəsəbəsindəki dini məktəbdəki otağını partlayıcı maddələr və əl qumbaraları hazırlamaq üçün laboratoriyaya çevirdiyini etiraf edib.
O, əlavə edib ki, onun məqsədi fələstinlilərə qarşı terror əməliyyatları həyata keçirmək üçün yəhudi ekstremist “Tadfiis-Səmən” qruplaşmasını silahlandırmaqdır.
Bu ekstremist qrup Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilindəki Fələstin mülklərinə, İslam və Xristianların müqəddəs məkanlarına qarşı və hətta işğal olunmuş Fələstinin daxilində hücumlar həyata keçirir.
Məlumata görə, bu iki ravinin nəvəsi təxminən bir ay əvvəl “Şabak” tərəfindən həbs edilib və onun otağındakı bütün avadanlıqlar ələ keçirilib.
Sionist mühacirlər müxtəlif üsullarla İordan çayının qərb sahilində və Qüdsdə fələstinliləri sıxışdırırlar. Ötən il sionist “Haaretz” qəzeti sionist mühacirlər tərəfindən fələstinlilərin içməli suyunun zəhərlənməsini ifşa etmişdi.
Bu hesabatda bildirilib ki, fələstinlilər İordan çayının qərb sahilində zeytun yığdıqları zaman sionist mühacirlərin hücumları artacaq. Son illərdə zeytun yığmağın gözəl vaxtı fələstinlilər üçün kabusa çevrilib, çünki elə bir gün keçmir ki, köçkünlərin hücumu olmasın və elə bir səhər olmur ki, ağaclar kəsilməsin və ya zeytunlar oğurlanmasın.
Birləşmiş Millətlər Təşkilatının 2021-ci il statistikasına görə, məskunlaşanlar tərəfindən səkkiz min zeytun ağacı məhv edilib və bu ağacların meyvələri də oğurlanıb.
“Haaretz” xəbər verir ki, mühacirlər bilirlər ki, meyvə oğurlamağa, zeytun ağacını yandırmağa və ya kökündən çıxarmağa cəhd etsələr, cəzalandırılmayacaqlar. Çünki İsrail ordusu da onlardan qorxur və hər zaman onlara dəstək verir.
Məlumata görə, bu iki ravinin nəvəsi təxminən bir ay əvvəl “Şabak” tərəfindən həbs edilib və onun otağındakı bütün avadanlıqlar ələ keçirilib.