Sionist müharibə nazirinin İran qisası qorxusu
Sionist rejimin müharibə naziri bölgədə müqavimət oxunun sarsıdıcı hücumlarından qorxduğu üçün bu rejimi “İran və onun vəkil qrupları”ndan qorumaq üçün koalisiya yaradılmasını istəyib.
İRNA-nın “Jerusalem Post” qəzetinə istinadən verdiyi məlumata görə, sionist rejim müharibə nazirliyi bu gün (3 avqust) bəyanatda bildirib ki, Qallant dünən İngiltərənin müdafiə naziri Con Heyli ilə “İsrail ordusunun bütün cəbhələrdə müdafiə etməyə hazır olması və onlarla birlikdə İran və onun vəkil qruplarına qarşı koalisiya yaradılmasının vacibliyini vurğulayıb.
Qalant işğal olunmuş ərazilərə səfər edən Heyliyə bu koalisiyanın regionun təhlükəsizliyi və sabitliyinə həyati təsir göstərəcəyini deyib. O, həmçinin “İsrailin özünümüdafiə hüququna hazırda verdiyi dəstəyə və aprel bəyanatlarından sonra bu ölkənin əməkdaşlığının əhəmiyyətinə görə Heyliyə təşəkkür edib”.
Məlumata görə, Qallant “müharibənin məqsədlərinə çatmaqda irəliləyiş, o cümlədən HƏMAS-ın yüksək səviyyəli liderlərinin sıradan çıxarılması və HƏMAS-ın qalan infrastrukturunun məhv edilməsi məsələsini də müzakirə edib.