Sionist nazir: Biz ən qısa zamanda İordan çayının qərb sahilini ilhaq etməliyik

Sionist nazir: Biz ən qısa zamanda İordan çayının qərb sahilini ilhaq etməliyik

Sionist rejim kabinetinin Qüds məsələləri üzrə naziri “yaşıl xətt”i saxta adlandırıb və Fələstinin İordan çayının qərb sahilinin birbaşa işğalına çağırıb.

Sionist rejim kabinetinin Qüds məsələləri üzrə naziri “Amihai Eliyahu” bu gün (çərşənbə günü) “Qolgeltz” ordu radiosuna müsahibəsində İordan çayının qərb sahilinin birbaşa işğalına çağırıb.

Bu sionist nazir deyib: İsrailin 1967-ci ildə nəzarəti altına aldığı əraziləri müəyyən edən yaşıl xətt mövcud deyil və saxtadır.

Amihai Eliyahu daha sonra Fələstinin İordan çayının qərb sahilinə ibrani adları ilə işarə edərək əlavə edib: “Bizim suverenliyimiz Yəhuda və Samiraya bölgələrinə (İordan çayının qərb sahilini nəzərdə tutur) tətbiq edilməlidir. Bu, mümkün qədər tez və mümkün qədər ağıllı şəkildə edilməlidir.”

1995-ci ildən sonra sionist rejim və Fələstin Azadlıq Təşkilatı arasında İordan çayının qərb sahilini üç yerə bölən “Oslo 2” kimi tanınan müqavilə imzalanıb.

Bu üç hissə müvafiq olaraq “A”, “B” və “C” adlanır. Başlanğıcda İordan çayının qərb sahilinin 3%-ni təşkil edən A sahəsi 1999-cu ildə genişləndi və Qərb Sahilinin 18%-ni əhatə etdi. Bu bölgədəki əksər qurumlar Fələstin Administrasiyasının nəzarəti altındadır.

İordan çayının qərb sahilinin 21%-ni əhatə edən B bölgəsində Fələstin Administrasiyası yalnız təhsil, səhiyyə və iqtisadiyyatdan məsuldur.

Sionist rejim həm A, həm də B bölgələrinin xarici təhlükəsizliyinə cavabdehdir, yəni bu rejim istədiyi vaxt istənilən Fələstin vətəndaşını həbs edib qətlə yetirmək üçün bu ərazilərə daxil ola bilər.

İordan çayının qərb sahilinin təxminən 60%-ni əhatə edən C bölgəsi Oslo razılaşmasına əsasən, Fələstin Administrasiyasının nəzarəti altında olmalıdır. Amma praktikada tamamilə sionist ordusunun nəzarəti altındadır və sionist qəsəbələrinin əksəriyyəti orada yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − two =