Sionist nazir gizli şəkildə Səudiyyə Ərəbistanına səfər etdi

Sionist nazir gizli şəkildə Səudiyyə Ərəbistanına səfər etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Təl-Əviv və Ər-Riyadın bir-birinə yaxınlaşdığına dair nişanələr artır. İşğalçı rejimlə Səudiyyə Ərəbistanı arasında şəxsi təyyarələrin qeyri-müəyyən şəkildə uçuşu düşmən mətbuatında da yer alıb. İsrail mediası həmçinin Beni Qantsın Səudiyyə Ərəbistanına gizli səfərdən qayıtdığını bildirib.

Bu iki xəbər arasındakı əlaqə, Ben Qurion hava limanından Səudiyyə Ərəbistanına uçan özəl sionist təyyarəsinin Səudiyyə rəsmiləri ilə görüşmək üçün bu ölkəyə səfər edən Beni Qantsı daşıması ehtimalını gücləndirir. Bu səfər tam məxfidir və böyük ehtimalla Səudiyyə Ərəbistanının dəvəti ilə həyata keçirilib. Bundan əvvəl İsrailin keçmiş baş naziri Benyamin Netanyahunun Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə görüşü ilə bağlı sionistlərin ifşası Ər-Riyadın ciddi problemlərlə üzləşməsinə səbəb olmuşdu və məhz bu səbəbdən Beni Qantsın səfəri tamamilə gizli saxlanılıb.

İsrailin Globes iqtisadi internet qəzeti yazıb ki, Səudiyyə şirkətləri Bəhreyn və BƏƏ vasitəsilə işğalçı rejimlə bir neçə müqavilə imzalayıb. Globes Körfəz ölkələrinin iqtisadi rəsmilərinin birinə istinadən bildirib ki, əslində, BƏƏ və Bəhreyndəki üçüncü tərəf şirkətləri vasitəsilə iki tərəf arasında iqtisadi dəyəri 100 milyon dollardan artıq olan müqavilələr imzalanıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 5 =