Sionist nazir yəhudilərin işğal altındakı Fələstinə köçürülməsini müzakirə etmək üçün Efiopiyaya gəldi

Sionist nazir yəhudilərin işğal altındakı Fələstinə köçürülməsini müzakirə etmək üçün Efiopiyaya gəldi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İsrail Miqrasiya və İnkişaf naziri Yəhudi immiqrasiyası mövzusunu müzakirə etmək üçün Efiopiyanın paytaxtı Addis Ababaya gəldi.

Sionist rejimin Miqrasiya və İnkişaf naziri “Benina Tamano Şətta” bu gün (çərşənbə axşamı) Efiopiyaya gəldi.

“Russia Today” xəbər saytının verdiyi məlumata görə, İsrail Miqrasiya naziri bəzi ikitərəfli məsələləri və yəhudilərin Efiopiyadan işğal altındakı Fələstinə köç etməsini müzakirə edəcək.

İsrail nazirinin səfəri İsrailin Baş naziri Binyamin Netanyahunun Efiopiya Baş naziri Abi Əhməd ilə telefon danışığında paytaxt Addis Ababadan 2000 Yəhudiyə yardım etmək istədiyini söylədiyi vaxta təsadüf edir.

O, Efiopiyadakı yəhudilərin işğal altındakı Fələstinə köçürülməsini və Qondar şəhərində (şimalda) məskunlaşdırılmasını tələb edib.

Efiopiya Baş naziri Tel-Əvivin bu addımına qarşı olmadığını bildirdi.

Digər tərəfdən, Sionist rejimin Baş nazirlik ofisi adlanan qurum bu rejimin büdcəsindən Efiopiya yəhudilərinin məskunlaşmasına 370 milyon şekel (Sionist rejimin pul vahidi) ayıracağını açıqladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − six =