Sionist nazirin Bəhreynə səfərinə Zülfüqar qılıncı ilə cavab verdilər

Sionist nazirin Bəhreynə səfərinə Zülfüqar qılıncı ilə cavab verdilər

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, kütləvi informasiya vasitələri cümə axşamı İsrailin xarici işlər naziri Yair Lapidin Bəhreyn torpaqlarına səfərinə qarşı kütləvi nümayişlərin Manamanın müxtəlif bölgələrində saatlarla davam etdiyini bildirib.

Dünən günortadan sonra Bəhreyn xalqının İsrail Xarici İşlər nazirinin ölkəyə girişinə etiraz etdiklərini bildirən Bəhreyn mənbələri, cümə axşamı günü axşam Bəhreyn paytaxtının müxtəlif yerlərində etirazların saatlarla davam etdiyini xəbər vermişlər.

Bu arada, Bəhreyn mediasında İsrail Xarici işlər nazirinə mesaj olan maraqlı bir foto da yayımlanmışdır.

Bu fotoda bəhreynli nümayişçilərin əlində üzərində “Cənab Lapid! Bunun nə olduğunu bilirsənmi?” yazılmış tarixi bir hadisədən bəhs edən bir plakat müşahidə olunur.

Bu plakatda Xeyber qalasının fəthini (İmam Əlinin (ə) fitnəkar yəhudilərlə vuruşduğu bir döyüşü) xatırladan Zülfiqarın qılıncı təsvirə çəkilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 10 =