Sionist nümayəndə heyəti BƏƏ-yə gizli səfər edib

Sionist nümayəndə heyəti BƏƏ-yə gizli səfər edib

Sionist rejimin mətbuatı bu rejimin yüksək rütbəli nümayəndə heyətinin BƏƏ-yə gizli səfəri və onun yüksək vəzifəli şəxsləri ilə görüşü barədə məlumat yayıb.

Sionist rejimin mediası rejimin strateji işlər naziri Ron Dermerin daxili təhlükəsizlik müşaviri Təsahi Hongbi ilə birlikdə bazar günü gizli şəkildə BƏƏ-yə səfər etdiyini və Əbu Dabi şəhərində ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşdüyünü bildirib.

Sionist “Valla” internet saytı sionist kabinetin yeni nazirinin BƏƏ-yə ilk səfəri olduğunu açıqlayıb.

Bu nümayəndə heyətinin BƏƏ-yə səfərinin ən mühüm məqsədi sionist rejimin baş naziri Benyamin Netanyahunun BƏƏ-yə gözlənilən səfəri üçün zəmin hazırlamaqdır.

Sputnik xəbər agentliyinin məlumatına görə, sionist rejimin 12-ci kanalı İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun başçılıq etdiyi sionist heyətin tezliklə Misir, Birləşmiş Ərəb Əmirlikləri, Məğrib və Bəhreyn də daxil olmaqla, bu rejimlə rəsmi əlaqələri olan bir neçə ərəb ölkəsinə səfər edəcəyini bildirib.

Bununla əlaqədar sionist rejimin Xarici İşlər naziri İli Kohen ötən həftə bəyan edib ki, bu rejim Misir, BƏƏ və Bəhreyn Xarici İşlər nazirləri ilə mart ayında Məğribdə iclas keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − three =