Sionist nümayəndəsi: Qətər bizim düşmənimizdir

Sionist nümayəndəsi: Qətər bizim düşmənimizdir

Sionist rejim məclisinin üzvü Qətər Dünya Çempionatında İslam ölkələrinin tamaşaçılarının sionist jurnalistləri bu ölkəyə qarşı misli görünməmiş bir hücumla boykot etməsindən qəzəbləndiyini bildirib və deyib: Qətər bizim düşmənimizdir və bu ölkədən nəsə gözləməyin.”

Sputnik xəbər agentliyinə istinadən verilən məlumata görə, Likud partiyasının sionist parlamentdəki nümayəndəsi “Amihai Şikli” öz Twitter səhifəsində həm ivrit, həm də ərəb dillərində iddia edib: Qətər diktator və ifratçı İslam ölkəsidir və həddən artıq anti-semitistdir.

O, həmçinin iddia edib: Qətər insan haqlarını boğan repressiv ölkədir.

Bu sionist nümayəndə Qətərə misli görünməmiş hücumunu davam etdirərək iddia edib: Qətər Həmas hərəkatı, İxvanul-Muslimin və terror qruplaşmalarının əsas dəstəkçisidir.

O deyib: Bu kiçik ölkədən heç nə gözləməyin və məyus olmayın, çünki bu ölkə bizim qatı düşmənimizdir.

Bu xəbərə əsasən, sionist parlamentin bu üzvü Qətərə zorakı hücumun səbəblərini qeyd etməyib, lakin onun ardıcıllarının şərhləri göstərir ki, bu bəyanatlar İslam ölkələrinin tamaşaçılarının Qətər dünya çempionatında sionist jurnalistləri geniş şəkildə boykot etməsindən sonra verilib.

2022-ci il Dünya Çempionatının proqramlarını işıqlandırmaq üçün Qətərdə olan sionist jurnalistlər daha əvvəl bəyan etmişdilər ki, ərəb tamaşaçıları onların kimliyini bildikdən sonra onlara müsahibə vermək istəmirlər.

Bu günlərdə sionist jurnalistlərin müxtəlif ərəb ölkələrindən olan auditoriyadan müsahibə almağa çalışdıqları, lakin bunun qarşısının alındığını və Fələstinə dəstək şüarları səsləndirdiklərini göstərən videolar yayımlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =