Sionist ordunun cidi hazırlığı ərəfəsində Hizbullah pilotsuz təyyarəsi işğal altındakı Fələstinə girdi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Keçən oktyabr ayının sonlarında İsrail ordusunun hazırlığının ən yüksək olduğu bir vaxtda Livan Hizbullah kəşfiyyat dronu işğal altındakı Fələstinin hava sahəsinə girdi və düşmən tərəfindən müəyyən edilmədən çəkilişlər apardı və sonra Livan ərazisinə döndü.
Əl-Əxbar qəzeti bu gün (cümə axşamı) Livanın Hizbullah kəşfiyyat təyyarəsinin işğal altındakı Fələstinə girdiyini bildirdi.
Məlumata görə, 25 oktyabrda Sionist ordu, xüsusilə şimal cəbhəsində (Livan-Suriya sərhədi yaxınlığında) bir neçə cəbhədə müharibəni simulyasiya etdiyi beş günlük böyük “Öldürücü güllə” adlı bir təlim keçirdi.
Bu təlimə rejimin qırıcı və helikopterləri də qatıldı. Düşmənin əsas hədəflərindən biri Hizbullahın ruhiyyəsini sındırmaq idi.
Təlimin ikinci günündəki hədəflərdən biri hər hansı bir PUA-nın əraziyə daxil olmasının qarşısını almaq idi. Bu vaxt düşmənin hazırlıq dövründə bir Livan müqavimət kəşfiyyat təyyarəsi Əl-Cəlil bölgəsindən işğal altındakı Fələstinə girərək İsrail ordusu radarları tərəfindən aşkarlanmadan Livandakı mərkəzə dönə bildi.