Sionist Ordunun sözçüsü: 7 oktyabr əməliyyatında məğlub olduq

Sionist Ordunun sözçüsü: 7 oktyabr əməliyyatında məğlub olduq

Sionist rejim ordusunun sözçüsü: “Oktyabrın 7-də İsrail vətəndaşlarını müdafiə edəcək qədər güclərinin olmadığını və məğlubiyyətə düçar olduqlarını etiraf edib.

İRNA-nın verdiyi məlumata görə, Daniel Haqari bu gün (11 iyul) deyib: Oktyabrın 7-si İsrailin çətin günlərindən biri oldu və ordumuz Beyri şəhərini müdafiə edə bilmədiyi üçün yaxın aylarda hücumla bağlı bütün araşdırmaların nəticələrini təqdim edəcəyik.

Haqari çıxışının digər hissəsində bir daha Qəzza müharibəsində hərbçilərin ciddi səhvlərə yol verdiklərini də etiraf edib.

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS oktyabrın 7-də Fələstinin 70 ildən çox işğalı və 20 ilə yaxın davam edən Qəzza mühasirəsi və minlərlə fələstinlinin həbs və işgəncəsinə cavab olaraq Əl-Əqsa Tufanı əməliyyatı keçirdi. HƏMAS döyüşçüləri bir neçə nöqtədə sərhəd hasarlarından keçərək işğal olunmuş ərazilərə daxil olaraq, kəndlərə hücum edib və çoxlu sayda israillini öldürməklə yanaşı, onların bir qismini girov götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + fifteen =