Sionist ordusu Nablus şəhərini mühasirəyə aldı

Sionist ordusu Nablus şəhərini mühasirəyə aldı

Sionist ordusu əsgərlərindən birinin ölümündən sonra İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərini tam mühasirəyə alıb.

İsrail ordusu İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərini tamamilə mühasirəyə alıb və onun bütün girişlərini bağlayıb.

Fələstin mənbələri İsrail ordusunun hərbi maneələr və bəndlər qoyaraq Nablus şəhərinin girişlərini bağladığını, nəqliyyat vasitələrinin və vətəndaşların giriş-çıxışının qarşısını aldığını bildirib.

Şahidlərin sözlərinə görə, Nablus küçələrinin bağlanmasından sonra şəhərin girişində sıxlıq yaranıb.

“Rai Əl-Yəvm” qəzetinin məlumatına görə, İsrail ordusu çərşənbə axşamı gecə saatlarında İordan çayının qərb sahilinin şimalında İsrail yaşayış məntəqəsi yaxınlığında əsgərlərindən birinin öldürüldüyünü açıqlayıb.

Bununla əlaqədar olaraq “Ərin Əl-Əsvəd” müqavimət qrupu Nablus əməliyyatının məsuliyyətini öz üzərinə götürüb.

Ötən sentyabr ayının əvvəlində varlığını elan edən bu müqavimət qrupu Fələstin qruplarından ona dəstək istəyib və onun döyüşçülərinin İordan çayının qərb sahilinin bütün bölgələrində məskunlaşanları və sionistləri hədəf alacaqlarını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × one =