Sionist ordusu Rəfahın müxtəlif bölgələrinə hava hücumları edib

Bazar ertəsi səhər saatlarında İsrail döyüş təyyarələri Rəfahda müxtəlif əraziləri hədəfə alıb
Əl-Cəzirə xəbər verib ki, İsrail döyüş təyyarələri bazar ertəsi səhər Xirbatəl-Ədasdakı yaşayış evi və Əl-Bərhəmə bölgəsindəki bir neçə başqa yeri, o cümlədən, Rəfahdakı Əl-Küveyti xəstəxanası yaxınlığındakı ərazini hədəf alıb.
İordan çayının qərb sahilində İsrail əsgərlərinin Hebronun cənubundakı Tulkərəm və Əs-Samu düşərgəsinə hücum etdiyi və bir neçə evə ziyan vurduğu da bildirilib.
Əl-Məyadin xəbər verir ki, işğalçı ordunun buldozerləri Tulkərəm şəhərində Əl-Mərabitin məscidinin yaxınlığındakı infrastrukturu dağıtmağa başlayıb.