Sionist ordusunda yeni qalmaqal

Sionist ordusunda yeni qalmaqal

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, işğalçı İsrail rejimi hərbi bazalarında növbəti qalmaqal baş verib. Ordu daxilində yüzlərlə əsgər narkotik maddələrdən istifadə edirlər.

Çərşənbə günü, İsrail mediası, İsrail ordusunun hərbi bazalarında narkotik istifadəsinin aşkar edilməsindən sonra bütün İsraili heyrətə gətirən bir skandalın təfərrüatlarını yayımlayıblar.

İbri dilində yayımlanan “Maariv” qəzeti, yüzlərlə əsgərin hərbi bazaların içində və xaricində narkotik maddə istifadə etdiklərini bildirib.

Yaffa şəhərindəki İsrail hərbi məhkəməsi, dindirmə zamanı 240 əsgərin hərbi bazanın içərisində, digər 360 nəfərin isə baza xaricində narkotik maddə istifadə etdiyini etiraf edən İsrail ordusu briqada komandirinin həbs müddətinin uzadılmasına qərar verib.

“Digər bir əsgər də xidmət zamanı təhlükəli narkotik növlərindən istifadə etmək şübhəsiylə həbs olunmuşdur” deyə İsrail ordusu sözçüsü qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − two =