Sionist Polis Komandanlığı ilə daxili təhlükəsizlik naziri arasında ixtilaflar artıb

Sionist Polis Komandanlığı ilə daxili təhlükəsizlik naziri arasında ixtilaflar artıb

Sionist xəbər mənbələri bu rejimin polis komandanlığı ilə daxili təhlükəsizlik naziri arasında Fələstin hücumları dalğası ilə necə davranmaq barədə ixtilafın artdığını bildirib.

  Sionist rejimin məsul şəxsləri arasında ixtilaflar və qruplaşmalar günü-gündən artır və son vaxtlar bu rejimin daxili təhlükəsizlik naziri İtmar Ben Quer polisin baş müfəttişi Kobi Şebtainin istefasını tələb edib.

 “Ərəb 48” xəbər saytının məlumatına görə, İtmar Ben Querin rəhbərlik etdiyi “Yəhudi Gücü” partiyası Ben Querin qərarlarına qarşı çıxdığı üçün Kobi Şebtainin vəzifədən uzaqlaşdırılması məqsədilə çox təzyiq göstərib, lakin polis baş müfəttişi istefa vermək istəmir.

Kobi Şebtai dünən axşam sionistlərin 12-ci kanalına verdiyi müsahibədə tutduğu vəzifədən istefa vermək fikrində olmadığını bildirib və deyib ki, Şərqi Qüdslə bağlı qərarlarda İtmar Ben Querin tələblərini yerinə yetirə bilməz. Bu baxımdan polis komandirlərin nəzərləri də onun üçün önəmlidir.

İbrani dilində olan “Kan” kanalı da xəbər verib ki, sionist rejim polisinin baş müfəttişi İtmar Ben Querə göndərdiyi mesajda fələstinlilərin evlərinin sökülməsini sürətləndirmək üçün verdiyi əmrləri yerinə yetirə bilməyəcəyini bildirib.

Kobi Şebtainin sözlərinə görə, Fələstin hücumlarının artdığı indiki vəziyyətdə bu iş yüzlərlə hərbi qüvvə tələb edir. Yüksək rütbəli polis əməkdaşları da eyni fikirdədirlər. Lakin Ben Quer fələstinlilərin evlərinin sökülməsi əmrlərinin dərhal yerinə yetirilməsində israrlıdır.

Eyni zamanda, polis komandirləri və sionist təhlükəsizlik təşkilatları siyasi hakimiyyətə bildiriblər ki, İtmar Ben querin sərhəd mühafizə qüvvələrini öz ixtiyarına keçirmək tələbi çox təhlükəlidir və Qərb sahilindəki İsrail qüvvələrinin komandanlığında nizamsızlığa səbəb olacaq.

Kan kanalının məlumatına görə, təhlükəsizlik komandirləri də İtmar Ben Querə bildiriblər ki, onun mediadakı mövqeləri, xüsusilə də işğal altındakı Qüdsdə “Müdafiə divarı 2” əməliyyatının həyata keçirilməsi ilə bağlı sözləri İordan çayının qərb sahilində gərginliyi xeyli artıracaq.

Ötən həftənin cümə axşamı günü sionist rejimin 13-cü kanalı bildirib ki, İtamar Ben Querin ifrat hərəkətlərinin Şabakın (İsrailin kəşfiyyat və daxili təhlükəsizlik təşkilatı) rəhbəri Ronin Barı da dilə gətirib.

Ronin Bar telefonda Ben Querə onun hərəkətləri və mövqelərinin daha çox gərginliyə səbəb olacağını bildirib.

Bununla əlaqədar işğalçı Qüds rejimi ordusunun keçmiş sözçüsü Ronni Melens Benyamin Netanyahunun kabinetində ifrat sağçı nazirlərin davranışlarını tənqid edərək, onların hərəkətlərinin təhlükəsizlik şəraitində görünməmiş partlayışa səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

O, dünən axşam Kan-a müsahibəsində deyib: Müqəddəs Ramazan ayı və yəhudi bayramlarının gəlişi çox həssas dövr yaradır və genişmiqyaslı qarşıdurmaların baş vermə ehtimalı artır.

İşğal altında olan Qüdsün həssaslığını vurğulayan Roni Melens bu şəhərdəki qarşıdurmaların Qəzzədə müqavimət qüvvələrinin hərəkətə keçməsinə və onların raket hücumlarına səbəb ola biləcəyini bildirib.

Fələstinin Səma xəbər agentliyi də dünən yazıb ki, sionist rejimin təhlükəsizlik qurumlarının rəhbərləri bu yaxınlarda bu rejimin baş naziri Benyamin Netanyahu ilə görüş keçiriblər və bu görüşdə İtamar Ben Querin hərəkətləri barədə ona xəbərdarlıq ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − two =