Sionist polisin xüsusi bölməsindən zabit və əsgərlərin kütləvi fərarı

Sionist polisin xüsusi bölməsindən zabit və əsgərlərin kütləvi fərarı

İbrani xəbər saytı bildirib ki, sionist polisin xüsusi bölmələrində olan qüvvələr Fələstin xalqının kütləvi nümayişlərinə görə istefasını və ya başqa bölməyə köçürülməsini tələb edirlər.

İbrani xəbər mənbələri rejimin “Elisam” adlı xüsusi polis bölməsinin zabit və əsgərlərinin qeyri-sağlam vəziyyətini xəbər verib və bu vəziyyətin işğal altındakı Qüdsdəki Şeyx Cərrah məhəlləsində baş verən hadisələr və Fələstin xalqının etirazı ilə bağlı olduğunu vurğulayıb.

Fələstin xəbər saytı Səma ibrani MyNet saytına istinadən xəbər verir ki, Şeyx Cərəh məhəlləsində rejimiin polis qüvvələrinin vəziyyəti əlverişsizdir və zabitlər və əsgərlər arasında kütləvi fərar dalğası mövcuddur.

Məlumata görə, sionist hərbçi və zabitlərin fərarı və istefasının ən mühüm səbəblərindən biri onların Qüds və Məscidül-Əqsa bölgəsində Fələstin xalqının nümayişlərinə qarşı dura bilməmələridir. Buna görə də, Elisam bölməsindəki hər beş nəfərdən ən azı bir polis qüvvəsi bu bölməni ya istefa, ya da başqa bölməyə köçürülmə yolu ilə tərk etmək istəyir.

Elisam bölməsinin 250 üzvündən indiyədək 50-si istefasını və ya başqa bölmələrə keçirilməsini tələb edib. Sionist rəsmilər bu fərar dalğasını bu bölməyə və rejimin polis qüvvələrinə ölümcül zərbə hesab edirlər.

Elisam Xüsusi Polis Patrul bölmələrinin qısaldılmış adıdır. Bu bölmə 1988-ci ildə Fələstin etirazlarını yatırmaq üçün yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 9 =