Sionist qəsəbə sakinlərinin 15 dəqiqəlik kabusu

Sionist qəsəbə sakinlərinin 15 dəqiqəlik kabusu

Ənsarullah Hərəkatının işğal olunmuş Fələstində sionist qəsəbə sakinlərinə yağdırdığı raketlər İsrailə 15 dəqiqəlik kabus yaşadıb.

Əl Aləm telekanalının məlumatına əsasən, bu səhər (15 sentyabr) işğal olunmuş Fələstinin qəlbində xəbərdarlıq sireninin eşidilməsindən sonra İsrail ordusu Yəməndən atılan ballistik raketin “açıq əraziyə” düşdüyünü iddia edib.

Sionist rejimin 12-ci kanalı ordunun raketdən müdafiə sistemi tərəfindən məhv edilməmədiyini elan edərək deyib: Hava hücumundan müdafiə qüvvələri Yəmən mənşəli, yaxınlıqdakı qeyri-yaşayış məntəqəsinə düşən raketin qarşısını ala bilmədi.

Sionist rejimin Radio və Televiziya Birliyi də elan edib: “Modiin” qatar stansiyasına kəsici raketin parçaları düşüb.

Sionist Ordu Radiosu elan edib ki, “Yəməndən atılan və Modiin yaxınlığındakı bölgədə partlayan ballistik raket təqribən 2000 km məsafə qət edib. Hədəfə çatmaq üçün təxminən 15 dəqiqə nəzərə alınarsa, bu çox vaxt apardığı üçün müəyyən etmək və izləmək imkanı olsa da, ordu buna nail ola bilməyib. Raketin sistemlər tərəfindən aşkar edildiyi görünür. Amma məsələ burasındadır ki, bu aşkarlama hansı mərhələdə baş verib? Bu raketə ya “Hatz” sistemindən, ya da “Dəmir günbəz”dən bir sıra kəsici raketlər atılma ehtimalı da var. Amma bununla belə, İsrail bu uzaq mənzilli ballistik raketləri tutmağı bacarmırmı?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =