Sionist qəsəbənin tikintisi təxirə salındı

Sionist qəsəbənin tikintisi təxirə salındı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist rejimin Nazirlər Kabineti bazar ertəsi bildirib ki, işğal olunmuş Fələstin ərazilərində 9 min mənzilə malik bir qəsəbənin tikintisini təxirə salıb.

“Elnashra” xəbər agentliyinin məlumatına görə, sionist rejimin şəhərsalma komissiyası ilkin mərhələsi keçən aydan təsdiqlənmiş layihəni həyata keçirməli idi.

Komissiya qəsəbənin tikintisinin ekoloji tədqiqatlar tələb etdiyini iddia etsə də, sonrakı tədqiqatlar üçün vaxt cədvəlini açıqlamayıb.

Bu şəhərsalma planı işğal altındakı İordan çayının mümkün qədər çox hissəsini işğal etmək üçün növbəti bir addımdır. Bu arada, İşğal olunmuş ərazilərdəki Mülki İdarəyə (sionist rejimin icraedici qollarından biri) bağlı olan Planlaşdırma və Tikinti üzrə Ali Şura noyabrın əvvəlində İordan çayının qərb sahilində 3000-dən çox yeni mənzilin tikintisini təsdiqləyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays buna reaksiya olaraq təəssüf hissi keçirməklə kifayətlənərək deyib: “Biz İsrail Nazirlər Kabinetinin minlərlə yaşayış binası tikmək planından çox narahatıq və gərginliyi azaltmaq səylərinə tamamilə zidd olan şəhərciyin genişlənməsinə qəti şəkildə qarşıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + sixteen =