Sionist qəzeti: Həmas istədiyinə nail oldu
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist rejim mediası, rejimin bəzi mühüm şəxsiyyətləri və hərbi analitikləri Fələstindəki mövcud hadisələri və rejimin Fələstin müqaviməti ilə son qarşıdurmasını təhlil ediblər.
Sionist qəzeti “Haaretz” bir məqaləsində, mövcud hadisələrin Həmas hərəkatının lehinə olduğuna işarə edərək yazıb:. “Gərginliyin artmasının bitib bitməsindən asılı olmayaraq, Həmas istədiyinə nail oldu. Belə ki, Tel-Əvivə hücumların və onların Qüds hadisələrinə görə qisas aldığı görüntülər ortadadır. Məscidül-Əqsada artıq Həmas və onun liderlərini, Həmasın Qüdsü və fələstinlilərin şərəfini müdafiə etdiyini alqışlayan böyük plakatlar vurulub. Bu, zamanla Həmas üçün gizlin bir zəfərə çeviriləcək və o, İsrailə hücum edən və ona mane olan bir hərəkat olacaqdır.”
“Mossad”ın keçmiş rəhbəri Efraim Halevi bu barədə deyib: “Bizlər fəlakətin astanasındayıq. Bu, uçurumdan əvvəlki zülmətdir.”
İsrail hərbi komandirlərinə yaxın bir sionist radikal hərbi analitiki Rani Daniel isə, Mən uşaqlarımın buradakı gələcəyinə əmin deyiləm və onların burada qalacaqlarını da düşünmürəm, deyib.