Sionist qoşunları Suriya ərazisinin digər ərazilərinə daxil olur

Sionist qoşunları Suriya ərazisinin digər ərazilərinə daxil olur

Xəbər mənbələri bildiriblər ki, işğalçı İsrail qüvvələri Suriyanın qərbindəki sakinləri sıxışdırmaqla eyni vaxtda ölkənin cənub-qərbindəki Quneytra əyalətinin yeni ərazilərinə daxil olub.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Suriya mediası dünən səhər (6 mart) xəbər verib ki, işğalçı İsrail qüvvələri Quneytra vilayətinin şimal bölgələrinə daxil olub və Cəbatha əl-Xəşəb və Ofaniya kəndlərinə gedən yolu kəsiblər.

Son bir neçə saat ərzində İsrail qüvvələri işğal altındakı Colan təpələri və işğal olunmuş ərazilərdən Quneytranın cənubundakı Təl əl-Əhmar bölgəsinə də daxil olub.

Qeyd edək ki, İsrail ordusu Əsəd hökumətinin süqutundan sonra işğal altındakı Colan təpələri ilə Suriyanın materik hissəsi arasındakı bufer xəttini keçərək Dəra və Quneytra əyalətlərində Colan təpələrinə yaxın əraziləri işğal altında saxlamağa davam edir.

Bu baxımdan analitiklər sionist rejimin Suriyanın cənubunda davam edən hərbi hərəkatlarına və bu məsələ ilə bağlı rejimin baş nazirinin ekspansionist bəyanatlarına işarə edərək, bunu Benyamin Netanyahunun bölgədəki mənfur planlarına uyğun hesab ediblər.

Analitiklərin fikrincə, Netanyahunun ABŞ və Tramp administrasiyasının dəstəyi ilə Livanın cənubunda və Suriyada işğalı davam etdirməklə Qəzza və İordan çayının qərb sahilindəki uğursuzluqlarını ört-basdır etmək istədiyi tamamilə aydındır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 19 =