Sionist qüvvələrə qarşı Sərayəl-Qüds əməliyyat keçirib
Xəbər mənbələri Sərayəl-Qüds qüvvələrinin Tulkərmdə sionist ordu ünsürlərinə qarşı atışma əməliyyatı barədə məlumat verib.
İRNA-nın cümə günü Fələstin Əl-Yəvm-ə istinadla verdiyi xəbərə görə, Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Sərayəl-Qüds batalyonları bir bəyanat yayaraq, saat 16:05-də atışma əməliyyatında Tulkərimin qərbində yerləşən “Ət-Təyyibə” keçidində sionist rejimin mühafizə məntəqələrindən birini hədəfə ala bilib.
Bu bəyanatda bildirilir ki, Sərayəl-Qüds döyüşçüləri sionist qüvvələri birbaşa hədəfə almağa və onları yaralamağa müvəffəq olublar.
Sərayəl-Qüds bu əməliyyatın fələstinli mücahid, şəhid Ayid Əbu Hərbin öldürülməsinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Fələstin mənbələri bu yaxınlarda Nur Şəms düşərgəsinə hücum zamanı 21 yaşlı fələstinli gənc Ayid Əbu Hərbin sionist əsgərlər tərəfindən güllələndiyini və bu hücumda bir neçə nəfərin də yaralandığını açıqlamışdı.