Sionist qüvvələr Qərb Sahilinin Cənin düşərgəsinə hücum etdi: 5 fələstinli həbs olundu
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Xəbər mənbələri İsrail qüvvələrinin işğal altındakı Qərb Sahilinin şimal-qərbində yerləşən Cənin düşərgəsinə hücum etdiyini bildirdi.
Fələstin Əl-Yəvm xəbər saytının verdiyi məlumata görə, İsrail qüvvələri bu gün Zububa kəndinə və İordan çayının qərb sahilindəki Cənin düşərgəsinə basqın edərək bu müddət ərzində iki gənc fələstinlini həbs etdilər.
Fələstinli mənbələrə görə, sionist silahlılar Cəninin şimal-şərqindəki Əl-Cəlma kəndinə də hücum ediblər və irqçi divarla bitişik evlərə və müəssisələrə basqın edərək kəndliləri evlərini tərk etməyə və ya dükanlarını və müəssisələrini axşam saat 10-dan sonra açmamağa məcbur etmişlər.
İsrail qüvvələri 1948-ci ildə işğal olunmuş ərazilərə Qəzzə zolağının cənubundakı Xan Yunisdən sızmağa çalışmaq bəhanəsi ilə üç fələstinlini də tutduqlarını iddia etdilər.