Sionist qüvvələrin Nablusa hücumunda bir gənc fələstinli şəhid olub

Sionist qüvvələrin Nablusa hücumunda bir gənc fələstinli şəhid olub

Sionist əsgərlərin Nablusun şərqində yerləşən Bəlatə düşərgəsində bir Fələstin vətəndaşının evinə hücumu bir fələstinli gəncin şəhadətinə səbəb olub.

Fələstinin Səhiyyə Nazirliyi sionist əsgərlərin Nablusun şərqindəki Bəlatə düşərgəsində bir Fələstin vətəndaşının evinə basqın edərək 19 yaşlı Faris Əbdülmunim Məhəmməd Həşşaşı öldürdüyünü açıqlayıb.

Sionistlərin İordan çayının qərb sahilinə təkrar hücumları indiyədək çox sayda fələstinlinin şəhid olması və yaralanması ilə nəticələnib.

 “Şahab News” saytının məlumatına görə, İsrail xüsusi təyinatlıları Fələstin vətəndaşının evini mühasirəyə alaraq həmin evə sığınan gəncdən təslim olmasını istəyib.

 “Səma” xəbər saytı, həmçinin Abdülmunimin sinə və qarın nahiyəsindən güllə yarası aldığını və Rufeydiyyə xəstəxanasına aparıldığını və orada öldüyünü bildirib.

Fələstin Qızıl Aypara Cəmiyyəti də başlarına qəlpələrin dəyməsi nəticəsində 9 fələstinlinin yaralandığını, döyüş güllələrinin dəyməsi nəticəsində isə biri uşaq olmaqla 8 nəfərin yaralandığını bildirib.

Bununla əlaqədar olaraq Misirin xarici işlər naziri Sameh Şükri dünən BMT-nin Qərbi Asiyada sülh prosesində xüsusi koordinatoru Tor Vinsland ilə görüşündə zorakılığın davamlı artması, sionistlərin İordan çayının qərb sahilinə təkrar hücumları və bu hadisələrdə çox sayda fələstinlinin şəhadət və yaralanmalar barədə böyük narahatlıq ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + four =