Sionist rəsmisi: “Dünya Fəxrizadənin öldürülməsinə görə İsrailə təşəkkür etməlidir”

ABŞ mediasına açıqlama verən və adı açıqlanmayan İsrail rejiminin rəsmilərindən biri bildirib ki, İranın nüvə proqramının tanınmış simalarından biri olan Möhsün Fəxrizadənin öldürülməsinə görə, dünya İsrail rejiminə təşəkkür etməlidir.
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Təl-Əviv rəhbərliyi Fəxrizadə cimayətini rəsmi olaraq üzərinə götürməsə də, sözügedən sionist rəsmisi Nyu-York Tayms (NYT) qəzetinə açıqlamasında Təl-Əviv rəhbərliyinin sui-qəsdi təşkil etdiyini etiraf edib.
İllərdir Fəxrizadənin addımlarını izləmək vəzifəsinin olduğunu qeyd edən sözügedən sionist rəsmisi, belə deyib: “İranın nüvə proqramına qarşı lazımlı addımları atmağa davam edəcəyik. Cənab Fəxrizadə tərəfindən formalaşan İranın nüvə silahına sabib olmaq arzusu ciddi təhdid yaradırdı və dünya (Fəxrizadənin öldürülməsinə görə) İsrai rejiminə təşəkkür etməlidir”.
İranın nüvə proqramının əsas simalarından biri olan Möhsün Fəxrizadə, noyabrın 27-si Tehranın Dəmavənd bölgəsindəki Absərd bölgəsində edilən silahlı hücumda şəhid olmuşdu.