Sionist rejimə dəstək verdiyi üçün Omanda Pepsi şirkəti 4 milyon dollar zərər edib

Sionist rejimə dəstək verdiyi üçün Omanda Pepsi şirkəti 4 milyon dollar zərər edib

Pepsi-Cola şirkətinin Omandakı rəsmi nümayəndəsi olan “Oman Rifco” təxminən 1,5 milyon Oman Rialı (təxminən 4 milyon dollar) zərər etdiyini açıqlayıb.

İRNA-nın Oman mediasına istinadən verdiyi məlumata görə, bu zərər Oman xalqının Pepsi-Cola da daxil olmaqla sionist rejimi dəstəkləyən məhsul və xidmətləri boykot etməsindən sonra yaranıb.

Ötən bir neçə ayda Əl-Əqsa tufanı əməliyyatının başlaması və sionist rejimin Qəzzada törətdiyi cinayətlərdən sonra bütün dünyada sionist rejim və onun havadarlarının məhsullarının boykot edilməsi tələbləri artıb.

Qəzzada müharibənin ilk aylarında Malayziya hökuməti Fələstinə dəstək vermək üçün sionist rejimə aid şirkətlərə və ya bu rejimə dəstək vəd etmiş şirkətlərə sanksiya tətbiq edəcəyini açıqlamışdı.

Sanksiyaya məruz qalacaq şirkətlər arasında Amerika şirkətlərinin françayzinq hüququna malik qida şirkətlərinin adları da vardı.

McDonald’s və Burger King qida şirkətləri sanksiyalara məruz qalmalı olan şirkətlər arasında idi.

Oktyabrın 17-də və Əl-Əqsa tufanı əməliyyatından cəmi 10 gün sonra yayılan xəbərə görə, işğal olunmuş ərazilərdəki McDonald’s şirkəti sosial şəbəkələrdə İsrail rejiminin əsgərlərinə minlərlə yemək paketini pulsuz verəcəyini açıqlayıb. Burger King, həmçinin oktyabrın 23-də İsrail əsgərlərini yeməklə təmin edib. Eyni zamanda, Malayziyanın McDonald’s şirkəti bəyanat yayaraq, “İsrailli” McDonald’s şirkəti ilə əlaqələrini kəsdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − fourteen =