Sionist rejimə qarşı kiberhücumlar onun həklənə biləcəyinə təkiddir

Sionist rejimə qarşı kiberhücumlar onun həklənə biləcəyinə təkiddir

Sionist rejimin dövlət qurumları dünən gecə misli görünməmiş kiberhücumdan sonra işləməyib.

İşğalçı sionist rejim bazar ertəsi rejimin hökumət saytlarının geniş miqyaslı kiberhücuma məruz qaldığını elan edib.

Rejimin dövlət məlumat və xidmətlər saytı tvitter hesabından yazıb ki, hücum nəticəsində hökumət saytları da daxil olmaqla bir sıra internet saytlarına giriş əngəllənib.

Kiberhücumlar Naftali Bennetin Rusiya Prezidenti Vladimir Putinlə xüsusi danışıqlarından qısa müddət sonra baş verib və İsrail diplomatik sammitinə böyük zərbə vurub.

Bununla da işğalçı hökumət rejimin ordusunun sıralarında maksimum hazırlıq vəziyyətinin ləğv olunduğunu bəyan etməyə məcbur olub.

İbrani mediası istifadəçilərə internet saytlarını aça bilmədiklərini vurğulayıb.

Sionist mediası Naftali Bennetə istinadən bildirib ki, o, hökumət iclasını iki saatdan çoxdur ki, tərk edib və onun ofisi də hansısa bir cavab verməyib.

İşğalçı media kiberhücumun hökumət saytlarını şikəst etdiyini və iranlı hakerlərin də hücumda iştirak etdiyini söyləyib. Bu hücum sionist rejimin rəsmi strukturlarına qarşı ən böyük kiberhücumdur.

İbranidilli “Haaretz” qəzeti Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Rifah Nazirliyi və Baş Nazirin ofisinin internet saytlarına hücum edildiyini yazıb. Bu kiberhücum infrastruktura edilən ən böyük elektron hücumdur və çarəsiz rejimi ordu sıralarını hazırlıq vəziyyətinə gətirməyə məcbur edib.  

Əl-Aləm Xəbər Kanalının müxbiri Faris Sərfəndi deyib: “İşğalçı rejim İrandan kiberhücum gözləyir, İbrani mediası bu kiberhücumun miqyasına görə görünməmiş bir hücum olduğunu düşünür və kibertəhlükəsizlik rəsmisinin sözlərinə görə, bu kiberhücum qeyri-qanuni rejimi hədəf alan ən böyük hücumdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 17 =