Sionist rejimə qarşı kütləvi kiberhücum

Sionist rejimin müxtəlif sistemləri və infrastrukturları kiberhücumun hədəfinə çevrilib.
Sionist rejim ordusunun kiber bölməsi də müxtəlif sistemlərin bu kiberhücuma məruz qaldığını açıqlayıb.
Bəzi KİV-lər polis, yanğınsöndürmə və təcili yardım idarələrinin rabitə sistemlərinin sıradan çıxdığını bildirir.
Bu kiberhücum Yəmən Silahlı Qüvvələrinin Təl-Əvivin mərkəzinə uğurlu pilotsuz əməliyyatından cəmi bir neçə saat sonra baş verib.
Qeyd edək ki, cümə günü səhər saatlarında Təl-Əvivin hava məkanına daxil olan pilotsuz təyyarə Amerika səfirliyinin yaxınlığındakı binanı hədəfə alıb.
Sionist medialar təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb ki, böyük bir pilotsuz təyyarə dənizdən alçaq hündürlükdə Təl-Əvivə yaxınlaşıb və onun müdafiə sistemlərinin bütün təbəqələrindən necə keçərək Təl-Əvivdəki bir binaya zərbə endirdiyi bəlli deyil.