Sionist rejim Əl-Əqsa məscidinin elektrik və internetini kəsib

Sionist rejim Əl-Əqsa məscidinin elektrik və internetini kəsib

İşğalçı Qüds rejiminin qüvvələri Məscidül-Əqsaya çoxlu sayda qüvvə göndərərək, onun elektrik və internetini kəsib.

Əl-Məyadin xəbər kanalının müxbiri bildirib ki, Qüds rejiminin işğalçı qüvvələri Məscidül-Əqsaya çoxlu qüvvə göndərib.

Sionist rejim qüvvələri də bu məscidə aparan bütün qapıları bağlayıb, internet və elektrik enerjisini kəsiblər.

Sionist KİV-ləri həmçinin bildiriblər ki, rejim polisi Qüds günü üçün tam hazırlıq vəziyyətindədir və minlərlə qüvvəsini Məscidül-Əqsa ətrafında yerləşdirməyə hazırlaşır.

Son günlər işğal olunmuş Fələstində gərginlik artıb və digər tərəfdən sionist rejim Livanın cənubu və Qəzzə zolağının bəzi bölgələrini hədəf alıb və müqavimət qrupları buna cavab verib. Qeyd edək ki, ötən gecə Qəzzə zolağından işğalçı sionistlərin yaşayış məntəqələrinə 40 raket atılıb.

Sionist medianın məlumatına görə, cümə axşamı günü Livanın cənubundan işğal altındakı Fələstinin şimalına 100-dən çox raket atılıb.

Bu hücumlar sionist qüvvələrin Çərşənbə günü səhər Əl-Əqsa məscidinə basqın etməsindən və onlarla dindar və etikafda olan şəxsi döyüb həbs etməsindən sonra baş verib. Sionistlərin bu təcavüzü beynəlxalq və regional reaksiya ilə müşayiət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + fourteen =