Sionist rejim “Ərinəl-Əsvəd” müqavimət qruplaşmasının komandirlərindən birini qətlə yetirib

Sionist rejim “Ərinəl-Əsvəd” müqavimət qruplaşmasının komandirlərindən birini qətlə yetirib

Sionist rejimin Nablusdakı terror əməliyyatında “Ərinəl-Əsvəd” müqavimət qruplaşmasının komandirlərindən olan Tamir Kilani şəhid olub.

Fələstinin “Ərinəl-Əsvəd” müqavimət qruplaşması bu gün səhər (23 oktyabr bazar günü) bu qrupun komandirlərindən olan “Tamir Əl-Kilani”nin sionist rejimin terror əməliyyatında şəhadətini elan edib.

“Şahab” xəbər agentliyinin məlumatına görə, Ərinəl-Əsvəd müqavimət qrupu bu gün bəyanat yayaraq, xalqa matəm elan edib və şəhid Əl-Kilanini bu Fələstin qrupunun ən mübariz döyüşçülərindən biri kimi xarakterizə edib.

Ərinəl-Əsvəd bu bəyanatında vurğulayıb: Sionist rejim hərbi cəsarət və şərəfdən uzaqd və alçaldıcı, hiyləgər üsullara əl atmaqla öz planlarını həyata keçirir.

Biz Ərinəl-Əsvəd qrupunda şəhid Tamerin qətlinin bütün məqamlarına aydınlıq gətirəcəyimizə and içirik və sionist rejim və Əviv Koxaviyə deyirik ki, onları ağır və acınacaqlı cavab gözləyir.

Bu bəyanatın davamında bildirilir ki, sionist rejim bu şəhidi “TNT” minalarından istifadə edərək, yəni, Əl-Əqsa intifazəsi zamanı iki ayrı partlayış nəticəsində “Ən-Nani Cubarə” və “Qəddafi Əbu Səriyyə”nin öldürülməsində istifadə etdiyi üsullla qətlə yetirib.

Bu sui-qəsdin təfərrüatları ilə bağlı yerli mənbələr Nablus məhəllələrindən birində motosikletin dayandığını və bu motosikletin Şəhid Kilani keçərkən partladığını bildirir.

Son vaxtlar Qəzzə zolağında Fələstin müqavimət qruplarının müştərək əməliyyat mərkəzi Qüds, İordan çayının qərb sahili və 1948-ci ilin işğal olunmuş ərazilərindəki bütün fələstinliləri müqaviməti gücləndirməyə və sionist rejimin təcavüzünə qarşılıq verməyi davam etdirməyə çağırıb.

Birgə Əməliyyat mərkəzi həmçinin İordan çayının qərb sahilindəki fələstinli döyüşçülərə və “Ərinəl-Əsvəd” qruplaşmasının üzvlərinə, Cənin briqadası, Nablus briqadası, Tülkərim briqadası və bütün müqavimət qruplarına salam göndərib və deyib: “Düşmənin Məscidül-Əqsa və Qüds sakinlərinə qarşı cinayətlərinin artması və saxta bəhanələrlə millətimizin müqəddəsliyini ləkələməsi onun dağıdılması və tənəzzülünə yaxın olduğunu göstərir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × two =