Sionist rejim əsgərləri yenə də bir-birlərini güllələyiblər

Sionist rejim əsgərləri yenə də bir-birlərini güllələyiblər

İsrail ordusunun sözçüsü bildirib ki, işğal olunmuş ərazilərin cənubunda baş verən atışmada iki İsrail əsgəri yaralanıb.

Sionist qüvvələrin İordaniya vadisində bir-birinə atəş açması və onlardan ikisinin öldürülməsindən cəmi bir neçə həftə sonra, İbrani mənbələri işğal olunmuş ərazilərin cənubunda sionist rejim qüvvələrinin səhvliklə bir-birlərinə atəş açaması ilə bağlı yenidən xəbər yayıblar.

İbrani mediası bu səhər Misirlə sərhəddə narkotik tacirləri ilə atışma nəticəsində iki rejim sərhədçisinin yaralandığını bildirib.

Bir neçə dəqiqə sonra İsrail ordusunun sözçüsü bu xəbəri təsdiqləyərək, iki sərhədçinin ordu qüvvələrinin səhv atəşi nəticəsində yaralandığını açıqlayıb.

Hesabat yanvarın sonlarında sionist rejimin 12-ci kanalı bu rejim komandolarından ikisinin ordu qüvvələrinin səhvən atəşə tutması nəticəsində öldürüldüyü barədə məlumat yaydığı vaxt dərc edilib.

Tel-Əvivin BMT-dəki səfiri Gilad Ardan da daxil olmaqla bəzi İsrail rəsmilərinin bu addımı faciə adlandırıb.

Hadisədən cəmi bir neçə gün sonra ibridilli mənbələr İsrailin “Mişur Adomim” bölgəsi yaxınlığındakı hərbi bazasında əsgərlərə təlim keçilərkən bombanın partladığını və iki əsgərin yaralandığını açıqlayıb.

İsrail ordusunun “Qolgeltz” radiosu təlim zamanı qumbaranın partladığını və iki əsgərin yaralandığını iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 17 =