Sionist rejim 5 ölkə vətəndaşının həyatını çətinləşdirib

Sionist rejim 5 ölkə vətəndaşının həyatını çətinləşdirib

 HƏMAS liderinin Tehranda terror edilməsindən sonra İranın intiqam cavabını gözləyən sionist rejim işğal olunmuş ərazilərdə İordaniya, Suriya, Misir, Livan və Fələstin bölgələrində GPS-i sıradan çıxarıb.

Əl Aləm telekanalının “Arab Post”a istinadən verdiyi xəbərə görə, sionist rejimin bu işi GPS sistemdən çox istifadə edən taksi sürücüləri, eləcə də sərnişin təyyarələri üçün problemlər yaradıb.

Hətta Yaxın Şərq üzərindən uçan bəzi pilotlar avadanlığının nasazlığı səbəbindən müşahidə qülləsinin onlara verdiyi şifahi naviqasiyadan istifadə etmək məcburiyyətində qalır və bu da sərnişinlərin həyatını təhlükə altına alır.

Sionist ordu iddia edib ki, bu rejimə atılacaq İran raketləri və pilotsuz təyyarələri öz hədəflərini tapmaq üçün GPS-dən istifadə edəcək və bu səbəbdən də bu sistemi sıradan çıxarmaq məcburiyyətində qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 8 =