Sionist rejim acizliyini etiraf etdi

Sionist rejim acizliyini etiraf etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Əhd xəbər agentliyi yazır: “Sionist rejim qüvvələri axtarılan altı fələstinli əsirin tapılmasında heç bir irəliləyiş əldə etmədiklərini bildiriblər.”

Bu barədə İsrail polisinin əməliyyatlar idarəsinin rəisi Şimon Nahman məlumat verib.

Kahn telekanalının verdiyi məlumata görə o, deyib: “Heç bir ipucumuz yoxdur və müəyyən edilməmiş bir problemi həll etməyə çalışırıq. Şübhələndiyimiz bütün yolları və keçidləri bağladıq. Biz onlarla əməliyyat həyata keçirdik, amma hələ heç bir irəliləyiş əldə etməmişik.

Sionist rəsmisi belə əlavə edib: “Məsələnin aydınlaşmasını gözləməliyik. Bu insanlar İordaniyaya və ya Qəzzaya getmiş ola bilərlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 10 =