Sionist rejim autizmli gənc fələstinlinin qatilinə bəraət verib
Qüdsdəki işğalçı rejimin Mərkəzi Məhkəməsi autizmli gənc fələstinlinin qatilinə üç ildən sonra bəraət verib. İşğal altındakı Qüdsdəki işğalçı rejimin Mərkəzi Məhkəməsi işğal altındakı Qüdsdə şəhid olmuş “İyad Əl-Həlaq”ın (32 yaş) qatili olan polisə bəraət hökmü çıxarıb.
30 may 2020-ci ildə autizmdən əziyyət çəkən Əl-Həlaq işğal altındakı Qüdsdə, Babəl-Əsbat yaxınlığındakı əlillər üçün xüsusi təhsil mərkəzinə gedərkən sionist polisi tərəfindən güllələnib.
“Əl-Ərəbiyyəl-Cədid” saytının xəbərinə görə, sionist rejimin mərkəzi məhkəməsi sionist polisin Əyadın onun üçün təhlükə olduğunu düşündüyünə görə bəraət aldığını iddia edib.
Vəkil Xalid Əl-Zəbarəqə deyib: Bu məhkəmə hökmü sionist rejimin sırf şübhə və gümana əsasən cinayətlərini və fələstinlilərin qətlini qanuniləşdirir.
O, əlavə edib: “Bu məhkəmə hökmü bu rejimin irqçilik və irqi ayrı-seçkiliyinin açıq-aşkar təzahürüdür. O zaman ki, məsələ sionistlərlə bağlıdır və qurban fələstinlidirsə, qanun başqadır və əgər təqsirləndirilən şəxs fələstinlidirsə, onda da İsrail məhkəmələrində başqa cür qanunlar tətbiq edilir.”