Sionist rejim bir ildə 220 fələstinlini qətlə yetirib, 832 binanı dağıdıb

Sionist rejim bir ildə 220 fələstinlini qətlə yetirib, 832 binanı dağıdıb

Fələstin Muxtariyyət Təşkilatının Baş naziri deyib: Bu ilin əvvəlindən indiyədək sionist rejim 220-dən çox fələstinlini qətlə yetirib və 832 binanı dağıdıb.

Çərşənbə axşamı Anadolu xəbər agentliyinin məlumatına görə, Fələstin Muxtariyyət Təşkilatının Baş naziri Məhəmməd Aştiyə bu təşkilatın Nazirlər Kabinetinin həftəlik iclasında əlavə edib: Ötən il bizim üçün çətin və ağrılı bir il oldu. 220-dən çox fələstinlinin şəhid olması ilə yanaşı, 9000-dən çox insan yaralanıb, 6500 nəfər isə həbs edilib.

O, davam edib: Sionist rejim bu il də 832 binanı dağıdıb və 13 min zeytun ağacını kökündən çıxarıb.

O, Fələstin xalqının cəsarətlə və ayıq şəkildə bu cinayətkar təcavüzlərlə üzləşdiyini və bundan sonra da torpağımıza və vətənimizə olan haqqın hər cür pozulmasına qarşı duracağını, milli azadlıq hərəkatını öz fədakarlıqları ilə qoruyacağını diqqətə çatdırıb.

Aştiyə deyib: Fələstin xalqı bu il də beynəlxalq yardımların əhəmiyyətli dərəcədə azalması, İsrailin fələstinlilərdən vergi tuulmasını davam etdirməsi və Korona epidemiyasının və Ukraynadakı müharibənin nəticələrinə görə mürəkkəb iqtisadi böhranlarla üzləşib.

Buna baxmayaraq, Fələstində bir çox ölkəylə müqayisə iqtisadi artım yüksək olmuşdur.

İqtisadi artımımız 3,6 faiz, investisiyaların həcmi isə 15,3 faiz artmışdır.

Aştiyə bildirib: Qəzza zolağında blokada və məhdudiyyətlər səbəbindən işsizlik səviyyəsi hələ də yüksəkdir və 46,6% civarındadır.

O, ümidvar olduğunu bildirib: Ümid edirik ki, beynəlxalq, xüsusən də ərəb ölkələrindən yardımlar prosesini bərpa etməklə bu çətin mərhələni keçə biləcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 18 =