Sionist rejim Həmas əvəzinə Fələstin İslami Cihadı ilə danışıqlar aparmağa çalışır
Fələstin İslami Cihad hərəkatı baş katibinin müavini sionist rejimin Həmas əvəzinə bu hərəkatla danışıqlar aparmaq istədiyini elan edib.
İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Əl Hindi bu gün (7 sentyabr) deyib: Netanyahu əvvəlcə İslami Cihad hərəkatı ilə bağlı BMT-dən bir nümayəndə ilə Həmasın iştirakı olmadan məhbus mübadiləsi barədə müzakirələrə girmə istədiyini deyib.
Əl Hindi deyib: Region ölkələrindən biri vasitəsilə də oxşar təklif gəlmişdi. Amma biz bu təklifi rədd edərək danışıqlara icazənin Həmasda olduğunu vurğuladıq.
Qəzzada müharibənin 1 ilə yaxınlaşdığı bir vaxtda sionist rejim və Həmas müqavimət hərəkatı Qətər və Misirin vasitəçiliyi və ABŞ-ın dəstəyi ilə razılığa gəlmək üçün dolayı və yüksək riskli danışıqlar davam edir.