Sionist rejim HƏMAS-ın komandirlərindən olan Ədnan Usfuru həbsdən azad edib

Sionist rejim HƏMAS-ın komandirlərindən olan Ədnan Usfuru həbsdən azad edib

Sionist işğalçı hakimiyyət HƏMAS-ın Nablusdan olan komandiri Ədnan Usfuru həbsdən azadlığı buraxıb.

Sionist rejim cənub-qərbdəki Əz-Zahiriyyə nəzarət-buraxılış məntəqəsində Ədnan Usfuru təxminən 15 ay davamlı inzibati həbsdən sonra sərbəst buraxıblar.

HƏMAS komandirlərinə təzyiq etmək və onların Qanunvericilik Şurasının “Qüds bizim vədəmizdir” siyahısında namizədliyini irəli sürməməsi üçün işğalçı qüvvələr genişmiqyaslı həbs kampaniya zamanı Usfuru 16 fevral 2021-ci ildə evinə basqın etdikdən sonra, bir sıra komandirlərlərlə birlikdə həbs etdilər.

Usfuru Nablusun milli və islami simalarından biri və HƏMAS hərəkatının bir neçə dəfə həbs edilmiş olan tanınmış komandirlərindən biridir.

İşğalçı hakimiyyət beynəlxalq hüququ pozaraq inzibati həbsdən istifadə edir. Fələstin cəmiyyətindəki bütün qruplara, o cümlədən insan haqları fəallarına, tələbələrə, hüquqşünaslara, işçilərə və analara qarşı inzibati həbs qərarı verir.

 “İnzibati həbs” məhbusun və ya onun vəkilinin sübutlarla tanış olmasına imkan verməyən həbs qərarıdır, bu qərar vasitəsilə fələstinlilər qanun və beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş ədalətli məhkəmə araşdırması prinsiplərinə əməl etməyən “İsrail” hərbi məhkəmələrində mühakimə olunurlar.

İşğalçı hakimiyyət və həbsxana rəhbərliyi iddia edir ki, inzibati məhbusların heç vaxt açıqlanması mümkün olmayan “gizli dosyeləri” var, ona görə də məhbus cəzasının müddətini və ya ittihamını bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 15 =