Sionist rejim Həmasdan girovları ala bilməyəcəyinə görə ümidsizdir

Sionist rejim Həmasdan girovları ala bilməyəcəyinə görə ümidsizdir

Sionist rejim mediaları Tel Əvivin Həmasdan girovları ala bilməyəcəyi nəticəsinə gəldikdən sonra artıq bundan ümidini kəsdiyindən yazırlar.

Əl Aləm telekanalının məlumatına əsasən, sionis rejim ordusu Həmasla girovlar barədə razılığa gələ bilməyəcəyinə görə acizliyinin fərqinə varıb və bu ümidsizliyi medialarda dilə gətirir.

Jerusalim Post qəzetinin bugünkü sayında (27 mart) hərbi rəsmilərə istinadən girovların qaytarılması üçün heç bir ümidi olmdığını və Həmas komandanlarının terroruna nail ola bilməyəcəyini anlayıb. Belə ki, bu rəsmilərin dediyinə görə Həmas hətta əvvəlcədən işğal olunmuş Fələstin torpaqlarını geri ala biləcək qüdrətinə malikdir.

Qeyd edək ki, bir neçə aydır Tel Əvivdə aksiya keçirən minlərlə nəfər Qəzzədəki sionist əsirlərin azad edilmələri üçün təcili razılaşmanın imzalanması və seçkilərin keçirilməsini tələb edirlər. Etirazçılar sionist rejimin nazirlər kabinetinə və bu rejimin baş naziri Benyamin Netanyahuya qarşı şüarlar verirlər.
Sionist rejimin informasiya mənbələri Netanyahunun Tel Əvivdəki iqamətgahı qarşısında sionist əsirlərin ailələrinin aksiyalarının davam etdiyini bildirirlər.
Aksiyaçılar  sionist əsirlərin dərhal azad edilmələrini tələb ediblər.
Onların əllərində sionist rejimlə Həmas arasında əsirlər mübadiləsinin həyata keçirilməməsini pisləyən plakatlar olub.
Bu aksiyalar Tel Əviv mənbələrinin «sionist əsirlərin azad edilmələri üzrə müzakirələr indiyədək bir nəticə verməyib» demələrindən sonra keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =