Sionist rejim hərbi hava qüvvələri hazır ol vəziyyətində

Sionist rejim hərbi hava qüvvələri hazır ol vəziyyətində

Sionist rejim mediaları çərşənbə günü axşam saatlarında bu rejimin hava qüvvələrinin Tehranın İranın Suriyadakı konsulluğuna hücuma cavab reaksiyasından qorxaraq tam hazır vəziyyətə gətirildiyini xəbər verib.

Sionist rejimin Kan telekanalı bildirib ki, İranın Suriyadakı konsulluğuna hücuma cavab reaksiyasından qorxduğu üçün bu rejimin hava qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bununla bağlı sionist rejim ordusunun sözçüsü deyib: “Vəziyyətin qiymətləndirilməsi çərçivəsində hava hücumundan müdafiə sistemləri üçün ehtiyat qüvvələrin gücləndirilməsi və çağırılması qərara alınıb.”

Digər tərəfdən, sionist rejimin hərbi kəşfiyyat idarəsinin keçmiş rəhbəri Amos Yedlin bildirib ki, İran İsraili qanadlı raketlər, ballistik raketlər və ya dronlarla hədəfə ala bilər.

O, İranın qısa müddət ərzində cavab verəcəyini bildirərək deyib: “İranın öz ərazisindən bizi bombalamasına heç də təəccüblənmirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 18 =