Sionist rejim “Hizbullah”ın 220 hədəfinə hücum edib
İsrailin Hərbi Hava Qüvvələri Livanda “Hizbullah” hərəkatının 220 hərbi hədəfinə hücum edib.
Bu barədə İsrail Müharibə Ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail hərbçiləri zərbə endirilən hədəflər arasında “terror obyektləri”, “İsrail ərazisini atəşə tutmaq üçün istifadə olunan buraxılış qurğuları”, raket, silah anbarları və silahlı radikalların adlarını sadalayıblar.
“İsrailinMüharibə Ordusu “Hizbullah”ın terror potensialını zəiflətmək və məhv etmək üçün fəaliyyətini davam etdirir”, – ordudan bildirilib.