Sionist rejim İordan çayının qərb sahilində daha 4000 yaşayış mənzili tikməyi planlaşdırır

Sionist rejim İordan çayının qərb sahilində daha 4000 yaşayış mənzili tikməyi planlaşdırır

Sionist rejim beynəlxalq qanunlara zidd olaraq işğal altındakı İordan çayının qərb sahilində 4000 mənzilli yeni yaşayış məntəqəsi tikməyi planlaşdırır.

Sionist rejim İordan çayının qərb sahilində məskunlaşma fəaliyyətini inkişaf etdirmək qərarına gəlib.

Üç amerikalı və sionist rəsmi Axios xəbər saytına bildiriblər ki, İsrail Nazirlər Kabineti Amerika hökumətinə bu ay işğal altındakı İordan çayının qərb sahilində yerləşən yaşayış məntəqələrində minlərlə yeni yaşayış binasının tikintisini elan etməyi planlaşdırdığınıa çıqlayıb.

Bu xəbər saytı əlavə edib: Bayden hökuməti İsrail yaşayış məntəqələrində yeni mənzillərin tikintisinə qəti şəkildə qarşıdır və bu hərəkəti İsrail və Fələstinlilər arasında münaqişəni sona çatdırmaq üçün iki dövlətli həll perspektivini zəiflətmək məqsədi güddüyünü hesab edir.

Beynəlxalq ictimaiyyətin böyük bir hissəsi sionist rejimin İordan çayının qərb sahilində məskunlaşmalarını qeyri-qanuni hesab etsə də, hələ də sionist rejimə qarşı konkret addım atmayıb.

Mənbə Axios-a bildirib ki, İsrail Nazirlər Kabinetinin İordan çayının qərb sahilindəki bir neçə yaşayış məntəqəsində ən azı 4000 yeni yaşayış mənzillərinin tikintisini elan edəcəyi gözlənilir.

İsrail və Amerika rəsmiləri iddia edirlər ki, Bayden administrasiyası İsrail Nazirlər Kabinetinə hər hansı yeni məskunlaşma elanından çəkinmək və ya ən azı mümkün qədər sayını azaltmaq üçün təzyiq edir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü də bu məsələ ilə bağlı Axios müxbirinə bildirib ki, Birləşmiş Ştatların mənzil tikintisinin inkişafının sülh və iki dövlətin əldə edilməsinə mane olması məsələsində siyasəti aydındır.

ABŞ Dövlət Departamenti və İsrail Baş Nazirinin ofisi bununla bağlı sorğulara cavab verməkdən imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − twelve =