Sionist rejim kiber güc balansının İranın xeyrinə dəyişməsindən qorxudadır

Sionist rejim kiber güc balansının İranın xeyrinə dəyişməsindən qorxudadır

“The Times of Israel” kiber məsələlər sahəsində son hadisələrə toxunaraq kiber güc balansının İran İslam Respublikasının xeyrinə dəyişməsindən narahatlığını bildirib.

“The Times of Israel” qəzeti yazır ki, cümə günü İsrail banklarının, telekommunikasiya şirkətlərinin və poçt şirkətlərinin internet saytlarının işləməməsi heç kəs üçün təəccüblü deyil.

Bu qəzet yazır ki, artıq bir neçə ildir ki, Ramazan ayının son cümə günü – Qüds günü adlanır – haker hücumları və israillilərin həyatını pozmaq cəhdləri ilə əlaqələndirilir.

 “The Times of Israel” yazıb ki, hücumu “Anonymous Sudan” adlı qrup öz üzərinə götürüb, lakin bu qrupun nə “Anonymous” haker qrupu, nə də Sudan ölkəsi ilə heç bir əlaqəsi olmadığı güman edilir.

Bu xəbərin davamı belədir: “Əksinə, ekspertlər sözügedən qrupun Rusiya ilə möhkəm əlaqələrinə malik olduğuna inanırlar və İranın Qüds günündə anti-İsrail fəaliyyətlərinin istiqamətləndirilməsində mühüm rol oynadığını nəzərə alaraq, bir çoxları bu kiberhücumlarda İranın izlərini görürlər.”

 “The Times of Israel” yazıb: “Əgər bu məsələ təsdiq olunarsa, İran və Rusiya arasında kiber sahədə əməkdaşlıq İsrail və İran arasında gizli müharibənin yeni mərhələsi hesab olunacaq. Belə bir inkişaf regionda güc balansının İslam Respublikasının xeyrinə dəyişməsində əhəmiyyətli təsir göstərəcək.”

Son bir neçə gün ərzində işğal olunmuş ərazilərdə bir neçə bankın internet saytı, elektrik şirkətləri, sığorta, poçt şöbəsi, səhiyyə, Ben Qurion hava limanı və bir sıra digər mərkəzlərə qarşı kiberhücumlar barədə bir neçə hesabat dərc edilib.

Bazar ertəsi axşam saatlarında (24 aprel) media mənbələri sionist rejimin bir neçə internet saytına kütləvi kiberhücum barədə məlumat veriblər.

Sionist “Maariu” qəzetinin məlumatına görə, bazar ertəsi saat 2-də baş verən hücumda Anonim haker qrupu Telegram səhifəsində biri Mossad-a aid, digəri isə hökumət sığortası ilə bağlı iki əsas hökumət internet saytını sıradan çıxarıb və bu hücumun böyük hücumun müqəddiməsi olması ilə hədələyib. ”

Keçən ayın sonlarında sionist rejimin mediası işğal olunmuş Fələstin ərazilərindəki poçt şirkəti və suvarma sistemlərinin kiberhücuma məruz qaldığını və suvarma sistemlərinin sındırılmasından sonra “Siz həklənmisiniz. İsrail devrilməlidir” yazısı ekranlarda nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =