Sionist rejim Livan sərhədində özünəməxsus pilotsuz təyyarəni vurub

Sionist rejim Livan sərhədində özünəməxsus pilotsuz təyyarəni vurub

Sionist mediası təsdiq edir ki, sionist qüvvələr Livanla sərhəddə rejimin pilotsuz təyyarəsini səhvliklə atəşə tutaraq onu vurublar.

Sionist rejimin mediası bu gün (bazar günü) bildirib: “İsrail ordusu Livanla sərhəddə özünəməxsus pilotsuz təyyarəni səhvliklə atəşə tutub və yanlış məlumat səbəbindən onu vurub.”

Əl-Məyadin-in məlumatına görə, işğalçı sionist rejimin radiosu ordunun Livan sərhəddində özünə aid PUA-nı hədəfə alaraq onu vurduğunu bildirib.

Wala Xəbər Agentliyi diqqətə çatdırıb ki, sionist rejim qüvvələri bu gün Livandan işğal olunmuş ərazilərə keçdiyi güman edilən pilotsuz təyyarəni müəyyən edib və atəşə tutublar.

“Hadisə araşdırılır.”- deyərək, mənbə pilotsuz təyyarənin zədələnmədiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 19 =